525.Az

Ramil Səfərov ailə qurdu


 

Ramil Səfərov ailə qurdu <b style="color:red"></b>

Macarıstandan ölkəyə gətirilərək, əfv edilən milli ordunun zabiti Ramil Səfərov bu günlərdə ailə həyatı qurub.

Bu barədə məlumatı bizimyolinfo.com saytına zabitimizin yaxınları məlumat verib. Məlumatda bildirilir ki, Ramil Səfərovun ölkəyə gəlməsindən bir müddət sonra məzuniyyətə buraxılması da ail-məişət məsələlərini yoluna qoymaqla bağlı olub.

Ancaq zabitimizin azad olunmasının Ermənistanda sərt qarşılanması və ASALA-nın terror hədələri səbəbiylə, toy məclisi geniş təşkil olunmayıb. Bəylə gəlinin ailə üzvlərinin qatıldığı mərasim gizli təşkil lunub. Ramil Səfərovun toy məclisini sakitcə keçirməsi göstərişi isə Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin tövsiyəsi əsasında olub.

Məlumata görə, Ramil Səfərov nişanlısı Şəbnəm Məmmədova ilə ailə qurub.

Ramil Səfərovun atası Sahib Səfərov isə Publika.Az-a verdiyi açıqlamada oğlunun evlənməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"Ramil vətənə qayıdıb ailə qurmalıdır. Ömür boyu subay qalmayacaq ki? Burda qəribə heç nə yoxdur".

 





02.10.2012    çap et  çap et