525.Az

Azərbaycan lirikasına dair daha bir kitab


 

Azərbaycan lirikasına dair daha bir kitab <b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Təhsil” nəşriyyatında görkəmli ədəbiyyatşünas-alim Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası. Məqalələr” kitabı çapdan çıxıb.

Nazirlikdən 525.az-a bildirilib ki, alimin kitaba daxil edilən “XVIII əsr Azərbaycan lirikası” monoqrafiyasında poetik ədəbi irsimizin mühüm hissəsini təşkil edən lirikanın inkişaf qanunauyğunluqları, məzmununun rəngarəngliyi, forma xüsusiyyətləri, ədəbi metod məsələsi araşdırılıb, həmin dövr poeziyamızın orta əsrlər ədəbi prosesində yeri və əhəmiyyəti müəyyənləşdirilib. Kitabda, həmçinin Araz Dadaşzadənin müxtəlif illərdə dövri mətbuatda nəşr edilən məqalələri də yer alıb.

Nəşrin “Ön söz”ünün müəllifi Xalq Yazıçısı Elçin, tərtibçiləri Əməkdar İncəsənət Xadimi, professor Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadədir.

Kitab nazirliyin tabeçiliyində olan qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

 





02.09.2017    çap et  çap et