525.Az

Vaqif Nəsibin “Rəngli günlər” kitabı çap olundu


 

Vaqif Nəsibin “Rəngli günlər” kitabı çap olundu<b style="color:red"></b> Yazıçı Vaqif Nəsib Sarıhüseynoğlunun “Rəngli günlər” kitabı çap olunub.
 

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, nazirliyin dəstəyi ilə işıq üzü görən kitaba Vaqif Nəsibin son illərdə qələmə aldığı silsilə hekayələri və “Sənsizlik, mənsizlik, onsuzluq” romanı daxil edilib.
 
Nəşrin önsözünün müəllifi Xalq yazıçısı Elçin, redaktoru yazıçı-publisist Mustafa Çəmənlidir.
 
“Təhsil” nəşriyyatında çap edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.
 





06.09.2017    çap et  çap et