525.Az

“Qalatasaray” – “Fənərbaxça” derbisi Bakıda


 

“Qalatasaray” – “Fənərbaxça” derbisi Bakıda<b style="color:red"></b>

Türkiyə superkubokunun oyunu Bakıda keçirilə bilər. Qol.Az-ın “Fanatik” qəzetinə istinadən yaydığı xəbərə görə, ölkə çempionu “Qalatasaray”la kubokun sahibi “Fənərbaxça” arasındakı matçın Azərbaycanln paytaxtında keçirilməsi məsələsi gündəmə gəlib.

Türkiyə Futbol Federasiyası oyunu avqustun 11-də keçirmək istəyir. Məsələ ilə əlaqədar TFF hər iki klubun nümayəndələrinin qatılacağı toplantı keçirəcək. Əgər razılıq olarsa, “Qalatasaray”la “Fənərbaxça” arasındakı kubok qarşılaşması Bakıda olacaq.

Qeyd edək ki, ötən illərdə də derbinin Azərbaycanda keçirilməsi ilə bağlı müzakirələr olmuş, amma türk klubları Bakıda oynamamışdııar.

 





24.05.2013    çap et  çap et