525.Az

"Jaguar Land Rover" hibrid mühərrikli maşınlar istehsal edəcək


 

"Jaguar Land Rover" hibrid mühərrikli maşınlar istehsal edəcək<b style="color:red"></b>

“Jaguar Land Rover” (JLR) şirkəti 2020-ci ildən etibarən istehsal ediləcək bütün avtomobillərinin hibrid mühərrik və ya elektrik olacağını bildirib.

BBC Rusiyanın xəbərinə görə, bunu şirkət öz açıqlamasında bildirib.

Şirkətin yeni modelləri sırasında ilk elektrik mühərrikli Jaguar I-Pace 2018-ci ildə satışa çıxarılacaq.

JLR-nin icraçı direktoru Ralf Spet yeni istehsal olunacaq maşınların “müştərilərə daha çox seçim” verəcəyini bildirib.

Kompaniya ilk avtomobilləri olan E-type Zero markalı maşının da elektrik növünün hazırlandığını bildirib. Lakin bu maşın satışa çıxarılmayacaq.
 
Qeyd edək ki, Böyük Britaniyanın ən iri avtomobil istehsalçısı olan JLR-ə Hindistanın transmilli “Tata Group” şirkəti nəzarət edir.

Zeynəb ƏKBƏR

 





07.09.2017    çap et  çap et