525.Az

Barış Akarsunun oğurlanan əşyaları geri qaytarıldı


 

Barış Akarsunun oğurlanan əşyaları geri qaytarıldı <b style="color:red"></b>

Mərhum müğənni Barış Akarsudan qalan əşyaların oğurlanması anası Hatice Akarsunu pis vəziyyətə qoymuşdu.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akarsu "Mən oğlumun xatirələri ilə yaşayırdım" demişdi.

Əşyaları oğurlayan şəxsin anası əşyaları polisə təhvil verib. Əşyalar Barışın ailəsinin yaşadığı, eyni zamanda muzey olan məkandan oğurlanıb.

43-ü oğlu Barışa, digərləri qızına aid olan 99 əşyanı təslim alan Hatice "Üzüyü gəlmədi. Mən o üzüklə yaşayıram. Onu da gətirsinlər. Yoxsa şikayətimi geri almayacam" sözlərini deyib.

Barış 2007-ci ildə 28 yaşını qeyd etdiyi gün avtomobil qəzasında vəfat edib.

 





09.09.2017    çap et  çap et