525.Az

Bakıda tələbələr üçün 16 mərtəbəli yataqxanalar tikiləcək


 

Bakıda tələbələr üçün 16 mərtəbəli yataqxanalar tikiləcək<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanacaq.

525.az-ın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında deyib. Rektorun sözlərinə görə, BDU-nun 1960-cı illərdə tikilmiş 5 mərtəbəli 9 yataqxanası söküləcək. Onların yerində daha müasir, 16 mərtəbəli yataqxanalar tikiləcək. Həmin yataqxanalarda 10 minə yaxın tələbə yaşaya biləcək. A.Məhərrəmov deyib ki, hazırkı yataqxanaların otaqları ilə müqayisədə yeni yataqxanaların otaqları daha geniş olacaq. Yeni yataqxanaların bir hissəsinin gələn ilin sentyabr ayınadak istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yataqxanalarda məskunlaşmış 2972 köçkün ailəsi Abşeron rayonunda salınmış köçkün şəhərciyinə köçürüləcək.

S.QARAYEVA

 





02.10.2012    çap et  çap et