525.Az

Çin benzinlə işləyən avtomobil satışını qadağan edəcək


 

Çin benzinlə işləyən avtomobil satışını qadağan edəcək<b style="color:red"></b>

Çin benzinlə işləyən avtomobil satışını qadağan edəcək.

AzərTAc xəbər verir ki, bu barədə Çin sənaye və informasiya texnologiyaları nazirinin müavini Xin Guobin deyib.
O bildirib ki, Çin hökuməti benzinlə işləyən nəqliyyat vasitələrinin satışının dayandırılması ilə bağlı prosesin sona çatdırılması üçün tarixi müəyyən etmə mərhələsindədir. Bunun nəticəsində Çindəki avtomobil sənayesinin böyüməsi və ətraf mühitə mənfi təsirlərin azalması məqsədi güdülür.

Dünyanın ən böyük avtomobil bazarı olan Çin şirkətlərin elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalı sahəsinin inkişaf etdirilməsi ilə bağlı səylərini artırmağı hədəfləyir.

Çinli rəsmilər benzinlə işləyən nəqliyyat vasitələrinin ölkədə istifadəsini qadağan etməyi planlaşdırırlar.

 





11.09.2017    çap et  çap et