525.Az

Milli Turizm Təbliğat Bürosu yenidən təşkil oluna bilər


 

Milli Turizm Təbliğat Bürosu yenidən təşkil oluna bilər<b style="color:red"></b>

Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin yanvar-iyun ayları ərzində icra vəziyyəti açıqlanıb.
 
"APA-Economics" xəbər verir ki, sənəddə əsas hədəflər kimi xarici turistləri daha çox cəlb etməklə Bakı şəhərinin turizm potensialının tam gerçəkləşdirilməsi, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılması, yerli və regional turistlər üçün regional turizm növlərinin inkişaf etdirilməsi, turistlərin məmnunluğunun artırılması məqsədilə milli turizm keyfiyyət sisteminin yaradılması göstərilib.
 
Ümumi nəticəyə nəzər saldıqda məlum olur ki, cari ilin ilk yarısında nəzərdə tutulmuş tədbirlərin 14%-i icra olunub, 56%-nin icrasına başlanılıb, 30%-nin isə icrasına başlanılmayıb.

Hədəflərə gəlincə, xarici turistləri daha çox cəlb etməklə Bakı şəhərinin turizm potensialının tam gerçəkləşdirilməsinin 17%-i icra olunub, 62%-nin icrasına başlanılıb, 21%-i icra olunmayıb. Bundan başqa, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasının 17%-i icra olunub, 38%-nin icrasına başlanılıb, 46%-nin icrasına başlanılmayıb, yerli və regional turistlər üçün regional turizm növlərinin inkişaf etdirilməsinin 9%-i icra olunub, 59%-nin icrasına başlanılıb, 32%-nin icrasına başlanılmayıb, turistlərin məmnunluğunun artırılması məqsədilə milli turizm keyfiyyət sisteminin yaradılmasının 11%-i icra olunub, 78%-nin icrasına başlanılıb, 11%-i isə icra olunmayıb.

 





11.09.2017    çap et  çap et