525.Az

Binəqədi şosesində hərəkət 2 günlük məhdudlaşdırılır


 

Binəqədi şosesində hərəkət 2 günlük məhdudlaşdırılır<b style="color:red"></b> Yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.
 
Bu barədə “APA-Economics”ə “Azəravtoyol” ASC-dən məlumat verilib.
 
“Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər”, - deyə məlumatda vurğulanıb.
 





11.09.2017    çap et  çap et