525.Az

Sevgi dolu fərqli məkan: “Cahan” uşaq bağçası


 

Sevgi dolu fərqli məkan: <b style="color:red">“Cahan” uşaq bağçası</b>

Bağça hər uşağın gələcəkdə şəxsiyyət kimi formalaşmasına, əxlaqi keyfiyyətlərinin inkişafına böyük təsir edir.

Məktəbəqədər təhsil bütün təhsil sisteminin bünövrəsidir. Uşağın bu dövrdə necə təhsil alması və hansı təlim-tərbiyə üsulundan keçməsi üçün doğru bağçanı seçmək çox önəmlidir.

YENİ "CAHAN" GƏNCLİKDƏ

Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən rus-ingilis təmayüllü "Cahan" uşaq bağçası, tədris mərkəzi hər bir valideynin düzgün seçimidir.

Bağça iki ünvanda Binəqədi rayonu, S.Məmmədov küçəsində, "Nəsimi" metrosunun yanında və Yasamal rayonu, Dadaş Bünyadzadə 232E-də yerləşir. Həftənin 6 günü saat 8:00-dan 19:00-dək fəaliyyət göstərən bağçanın hər iki binası standartlara uyğun olaraq işıqlı, havalandırma və istilk sistemi, sanitar-gigiyenik tələblərə uyğun tədris, yataq və oyun otaqları, yüksək keyfiyyətli tədris ləvazimatları ilə təchiz olunub.

Yaxın vaxtlarda “Gənclik” metrosunun yaxınlığında “Cahan”-ın 3-cü yeni filialı fəaliyyətə başlayacaq. Bu filialda da uşaqların rahatlığı üçün bütün lazımi şərait yaradılıb. Bağçada yataq, yemək, dərs, musiqi, rəsm, əl işi və digər otaqlar mövcuddur. Otaqlardakı yataq dəstləri, oyuncaqlar və dərs ləvazimatları bütün sanitar-gigiyenik norma və standartlara cavab verir. Bu filialda uşaqlar üçün üzgücülük hovuzu da var. Üstəlik yeni məkanda bağçaya gələn uşaqların valideynləri üçün airobika zalı və üzgüçülük hövuzu da fəaliyyət göstərəcək.

MƏKTƏBƏ HAZIRLIQ

"Cahan" uşaq bağçası, tədris mərkəzində məktəbə hazırlıq, inkişafetdirici, fərdi və mədəni-estetik, mental-aritmetik proqramlar üzrə tədris aparılır. Bağçada uşaq ədəbiyyatı, nağıllar aləmi, məntiq, ətraf aləmlə tanışlıq, əlavə dil kimi fransız dili tədris olunur. Hər bir fənnin tədrisində müəllimlər müasir ədəbiyyat və texnologiyalardan istifadə edərək uşaqların yaş səviyyələrinə uyğun məşğələlər qururlar. Bu məşğələlərin əsasını məntiq, intellektual oyunlar və fənlərarası əlaqə təşkil edir. İKT və əyani vəsaitlər əsasında qurulan məşğələlər öz rəngarəngliyi ilə seçilir. Bağçada məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər fəaliyyət göstərir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılıq qabiliyyəti, məntiqi-təxəyyülü, ilkin mühəndislik bacarıqları formalaşır və gizli istedadları üzə çıxır. Uşaqların ehtiyaclarına fərdi yanaşılan bağçada hər qrup üzrə üç nəfər müəllimə, tərbiyəçi və dayə çalışır.

MUSİQİ, TEATR, RƏQS

Musiqi və rəqs uşaqların özünü tanımasına kömək edir, xəyal dünyasını inkişaf etdirir, duyğularını rahatca ifadə etməsinə imkan tanıyır, fərqli dünyagörüşləri inkişaf etdirir, bədən, zehin və ruh sağlamlığına müsbət təsir edir. Butün bunları nəzərə alaraq “Cahan”da uşaqlara peşəkar xareoqraflar tərəfindən milli və xarici rəqslər öyrədilir. Bağçada peşəkar musuqi müəlliməsi də var və o uşaqlara musiqi dərsi keçir. Bağçada şahmat və teatr klubu da var. 

İNGİLİS, RUS, FRANSIZ VƏ ÇİN DİLİ

"Cahan" uşaq bağçası, tədris mərkəzində uşaqlara beynəlxalq standartlara uyğun 2 səviyyəli proqramla ingilis, rus, fransız və çin dili tədris olunur. Tədris zamanı uşaqlar bu yaş çərçivəsində tələb olunan minimum söz ehtiyatı qazanır, tələffüzləri erkən yaşda doğru formalaşır, şəkillər üzrə qısa təsvirlər verir, qısa dialoqlar qura bilirlər. Uşaqlar başqa bir dildə düşünə bilir və özlərini rahatlıqla ifadə edirlər. Proqrama uyğun olaraq uşaqlar yaş və səviyyələrinə görə qruplara bölünürlər. Hər bir qrup üçün materiallar xüsusi diqqətlə seçilir. Dərslər canlı, maraqlı və diqqətəlayiq keçir. Seçilmiş mənbələrdən ehtiyatla istifadə edərək fəal oyunlarda, sorğu və viktorinalarda iştirak edərək uşaqlarınız öz danışıqlarını, oxumaq, yazmaq qabiliyyətlərini təkmilləşdirməyə həvəsli olurlar.

KEMBRİC HAZIRLIQ PROQRAMI

Məktəbəqədər təhsil uşaqların istər intellektual, istərsə də fiziki və psixoloji inkişafında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. "Cahan" uşaq bağçasında məktəbəqədər tədris proqramı Kembric Universitetinin məktəbə hazırlıq proqramından istifadə edilərək hazırlanıb və Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur. Proqrama uşaqlarda sosial-emosional və fiziki hərəkət inkişafının əldə edilməsi, onlara rənglər və formalar üzrə, istiqamət, mövqe yerləşmə haqda, ölçü, vaxt anlayışı, dinləmə,danışıq bacarıqlarının, rəqəmlər və sadə hesablama, ilkin oxu və yazı bacarıqlarının öyrədilməsi, məktəbdə, cəmiyyətdə düzgün davranışın aşılanması daxildir. 4-5 yaşlı uşaqlar üçün 2 illik, 5-6 yaşlı uşaqlar üçün 1 illik proqram nəzərdə tutulub. Proqrama həftə ərzində 15 saat məşğələ daxildir.

SEVGİ İLƏ TƏRBİYƏ EDİLƏN UŞAQ
 
"Cahan" uşaq bağçasına 11 illik pedaqoji təcrübəyə malik Şəhla Təhməzova rəhbərlik edir. Ş.Təhməzova deyir ki, bağçada uşaqlar məhəbbətlə təlim-tərbiyə olunur: “Cahan” uşaq bağçasında uşaqlara başda mən olmaqla bütün kollektiv tərəfindən sevgiylə yanaşılır. Biz uşaqlara savadlı, ləyaqətli insan və vətəndaş olmaq üçün kömək edəcək xarakter xüsusiyyətlər təlqin edirik. Vətəndaş və vətənpərvəri şəxsiyyətin əsasını təşkil edən möhkəm əxlaqi özül olmadan tərbiyə etmək olmaz. Uşaqda xeyirxahlıq tərbiyə etmək, ona həm düşünməyi, həm həssaslığı, həm də mərhəmətli olmağı öyrətmək deməkdir”.

PEŞƏKAR KOLLEKTİV

Bağça seçərkən diqqət edilməsi vacib olan məsələlərin ən birincisi pedaqoq məsələsidir. Tədris müəssisəsinin maddi imkanı nə qədər yaxşı olursa, olsun, tədris proqramı mükəmməl də olsa, uşaqlarla bütün gün birlikdə olan, proqramı tətbiq edən müəllimdir.

“Cahan" uşaq bağçasının müəllim və tərbiyəçiləri uşağın ehtiyaclarına, fərdi fərqliliklərinə uyğun olmağa çalışır, onlarda məsuliyyət, yardımlaşma, paylaşma kimi duyğu və davranışları inkişaf etdirirlər. Bağçada çalışan müəllimlər ali təhsilli, təcrübəli, peşəkar mütəxəssislərdir. Onlar uşaqlara diqqət və qayğıyla yanaşır, hər bir ehtiyaclarını ürəklə qarşılayırlar. Tərbiyəçi-müəllimlər uşaqlarla münasibətdə səmimi, qayğıkeşdirlər.

Onlar uşağın yaş səviyyəsini, potensial imkanlarını nəzərə almaqla, təlim metodlarını düzgün seçməyi, meyil, maraq və qabiliyyətlərini aşkara çıxarmağı, tədris mühitini və işgüzar şəraiti yaratmağı, yeni interaktiv təlim metodlarından, informasiya, kommunikasiya texnologiyalarından istifadə etməyi bacarırlar. Uşağa şəfqətlə yanaşır, hər ehtiyaclarını ana qədər ürəklə qarşılayırlar.

ORQANİK QİDALAR

Uşağın normal inkişafa sahib olması üçün məktəbəqədər dövr boyunca sağlam qidalanması mühüm şərtlərdəndir. Düzgün qidalanmanın əsasında təbii və keyfiyyətli qida məhsullarından hazırlanmış yeməklər, vitaminlərlə zəngin meyvə və tərəvəzlər və əlbəttə ki, rejimə əsaslanan qidalanma durur. "Cahan" uşaq bağçası bütün bunları nəzərə alaraq uşaqlar üçün sağlam qidalardan hazırlanan menyu tərtib edir. Bağçada uşaqların qidalanmasına çox ciddi yanaşılır. Uşaqlar gündə 5 dəfə yüksək keyfiyyətli, orqanik məhsullardan hazırlanan qidalarla təmin edilir. Onlara meyvə və meyvə şirələri, salatlar, şorbalar, təmiz və sanitar tələblərə cavab verən ətdən hazırlanmış xörəklər, müxtəlif şirniyyatlar verilir. Uşaqların sağlam qidalanması məqsədi ilə gündəlik menyuya həkim tərəfindən nəzarət edilir.

ONLAYN İZLƏMƏ, DAYƏ XİDMƏTİ

"Cahan" uşaq bağçasında uşaqların sağlamlığına xüsusi fikir verilir. Hər gün bütün uşaqlar bağçanın həkim-pediatrı tərəfindən profilaktik baxışdan keçirilir. Yoxlama zamanı uşağın səhhətində problem, qripə yoluxma və sair aşkarlananda uşaq dərhal bağçadakı izolyasiya otaqına aparılır. Uşağa valideyni gələnədək bağçanın həkim-pediatrı tərəfindən ilkin tibbi yardım göstərilir. Valideyn gəldikdən sonra ona xəbərdarlıq edilir və uşaq tam sağalanadək müvəqqəti bağçadan təcrid olunur. Bağçada sanitar-gigiyena qaydalarına uyğun olaraq gündəlik təmizlənmə və aylıq sanitar epidomoloji vəziyyətin stabil saxlanılması üçün dezinfeksiya işləri həyata keçirilir.

Bağçada onlayn izləmə sistemi mövcuddur ki, bununla valideynlər gün ərzində uşaqlarını izləyə bilər.

Burada təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.

Bağçada həftənin 7 günü 24 saat fəaliyyət göstərən dayə xidməti də mövcuddur. Saat hesabı 2 AZN ödəməklə valideynlər bu xidmətdən istifadə edə bilərlər. Bağçanın dayə xidmətin istifadə edənlərin sayı çoxdur. Xüsusən gecə növbəsində çalışan, gecə işdən gec saatlarda çıxan valideynlər bağçanın bu xidmətindən daha çox istifadə edirlər.

Bağçada həmçinin uşaqlar üçün ad günü şənliyi, bayram tədbirləri, gəzintilər və ekskursiyalar da təşkil olunur.

"CAHAN"IN YÜKSƏK NƏTİCƏ GÖSTƏRƏN MƏZUNLARI

Bağçanın məktəbə hazırlıq qruplarını bitirən uşaqlar təhsil aldıqları ümumtəhsil məktəblərində yüksək nəticələr göstərirlər. Bağçanın ingilis və rus bölməsini bitirən uşaqlar təhsil aldıqları ümumtəhsil məktəblərində əlaçı şagird kimi digərlərindən seçilirlər. Bütün bunlar "Cahan"ın uğurudur.

“CAHAN” dan “ANA-BALA” MÜSABİQƏSİNƏ DƏSTƏK

“Cahan” uşaq bağçası "High Life Academy" ilə birgə paytaxtda keçirilən Bakının Ən Dəbli “Ana-bala” Moda müsabiqəsi (Best Mom Prince & Princess) dəstək göstərir. Artıq 4-cü dəfə reallaşacaq layihə “aile dəbi” üzrə dizayner Günay Vəliyeva tərəfindən Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir. Layihənin keçirilməsində məqsəd iştirakçılarda mənəvi-estetik mədəniyyətin inkişafına dəstək, öz geyim ideyalarının nümayişi və modelləşdirməyə marağın artırılması, “Ana-bala dəbi” üzrə valideynlərin zövqlərinin daha da formalaşdırılması və ən əsası uşaq-valideyn bağının bir formasının da  geyim olduğunu göstərməkdir. Müsabiqədə iştirak edən “Ana-oğul” və ya “Ana-qız” cütlüklər öz zövqlərinə uyğun hazırladıqları dəst geyimdə layihəyə qatılır. Münsiflər heyətində yer alan modelyer-dizaynerler və ictimai simalar qiymətləndirmə apardıqdan sonra ilk 3 yerin qalibləri müəyyən edilərək mükafatlandırır. Bağça müsabiqədə analara peşəkar dayə xidməti göstərəcək.

S.QARAYEVA

 





12.09.2017    çap et  çap et