525.Az

Anar, Çingiz Abdullayev və Fərhad Bədəlbəylidən prezidentə təşəkkür


 

Anar, Çingiz Abdullayev və Fərhad Bədəlbəylidən prezidentə təşəkkür<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev və Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli prezident İlham Əliyevə müraciət ediblər.

AYB-nin mətbuat xidmətindən "525"ə verilən xəbərə görə, müraciətdə bildirilir: 

"Hörmətli Prezidentimiz!

"Turan" agentliyinin rəhbəri Mehman Əliyevin işiylə əlaqədar Sizə müraciətə biz də imza atmışdıq. Bizim heç birimiz Mehman Əliyevlə şəxsən tanış deyilik və onun fəaliyyəti ilə bağlı geniş məlumatımız yoxdur. Amma bir qələm əhlinə qarşı qanun və ədalət çərçivəsində hərəkət edilməsi üçün sizdən işi nəzarət altına almağınızı xahiş etmişdik. Bunun ölkəmizin beynəlxalq nüfuzu üçün də əhəmiyyətli olduğunu düşünürdük. Təbii ki, biz Sizə inanırdıq və atdığınız müdrik və ədalətli addım bunu bir daha təsdiq etdi.

Buna görə sizə ürəkdən təşəkkür edirik və bildiririk ki, həmişə olduğu kimi, Azərbaycan ziyalıları dövlətimizin və şəxsən Sizin siyasətinizi dəstəkləyir".

 





12.09.2017    çap et  çap et