525.Az

Rusiyanın müdafiə naziri Putinin göstərişi ilə Bəşər Əsədlə görüşdü


 

Rusiyanın müdafiə naziri Putinin göstərişi ilə Bəşər Əsədlə görüşdü<b style="color:red"></b> Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dəməşqə işgüzar səfəri çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir. 
 
“Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə sentyabrın 12-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Dəməşqə işgüzar səfər edərək, Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparıb”, - deyə məlumatda bildirilir. 
 
Görüş zamanı tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlığı və Suriyadakı vəziyyətin sabitləşdirilməsini müzakirə ediblər.
 





13.09.2017    çap et  çap et