525.Az

Şimşək çaxacaq, yağış yağacaq


 

Şimşək çaxacaq, yağış yağacaq<b style="color:red"></b> Sentyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
ETSN-dən APA-ya verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
 
Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi  ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə  19-22° isti, gündüz  28-33° isti, Bakıda gecə  20-22°, gündüz  29-31° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  norma daxilində 760  mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 65-75 %, gündüz  50-60 % olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var.
 
Şərq küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 17-22°, gündüz  30-35° isti, dağlarda gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.
 





13.09.2017    çap et  çap et