525.Az

"Google" "Microsoft"u keçdi


 

"Google" "Microsoft"u keçdi<b style="color:red"></b> Google şirkəti kapitallaşma həcminə görə Microsoft korporasiyasını ötərək dünyada informasiya texnologiyaları (İT) şirkətləri arasında ikinci yerə çıxıb və yalnız birinci yerdə qərarlaşan Apple-dan geri qalır.  

525.az-ın Rabitə və İnformasiya Texnologiyaları Naziriliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, analitiklər Google-un səhmlərinin qiymətinin artmasını şərh edərkən bildiriblər ki, internet-şirkətin dəyərinin yüksəlməsi müasir cəmiyyətin internetləşdirilməsi üzrə ümumi trendin və biznes fəallığın əksər hissəsinin internetə köçürlməsinin göstəricisidir. 

Bazar ertəsi internet nəhəngin ümumi dəyəri 249,9 milyard dollaradək artıb, halbuki Microsoft-un dəyəri 247,2 milyard dollar olub.
Səhmdarlar Microsoft və Google şirkətlərinin səhmlərinin dinamikasının bazardakı vəziyyəti çox dəqiqliklə əks etdirdiyini qeyd edirlər. Çünki Microsoft korporativ şəbəkələrə və masaüstü kompüterlərə üstünlük verməkdə davam edir, Google isə məlumatların daha çox internetə köçürülməsinə çağırışlar edir və “bulud hesablamalar” konsepsiyasını yayır.

“Klassik fərdi kompüterlər biznesinin hazırda azalmağa doğru getməsi şübhə doğurmur, halbuki “bulud həllər” artır və müəssisələrin əksəriyyəti interneti təkcə korporativ sayt üçün iş yeri hesab etmir və buna əlverişli biznes mühit kimi yanaşırlar”, deyə Wedge Partners şirkətinin analitiki Martin Pikkonen qeyd edib.
 
Qeyd edək ki, texnoloji sektorun ən bahalı şirkəti kapitallaşma həcmi 618,1 milyard dollar təşkil edən Apple korporasiyasıdır. Apple dəyərinə görə Microsoft-u iPhone və iPad qurğularının kütləvi şəkildə satıldığı 2010-cu ildə ötüb.
 





02.10.2012    çap et  çap et