525.Az

Teymur Daiminin işi "Ən yaxşı qısametrajlı film" seçildi


 

Teymur Daiminin işi "Ən yaxşı qısametrajlı film" seçildi<b style="color:red"></b>

Tatarıstanda XIII Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı başa çatıb. Azərbaycan rejissoru Teymur Daiminin "Bu, sevgidir" filmi "Ən yaxşı qısametrajlı film" nominasiyasının qalibi olub.

"Ən yaxşı film" adına isə rejissor Mustafa Karanın "Kələndər soyuğu" filmi layiq görülüb. Ekran əsəri Macarıstan və Türkiyə kinematoqrafçılarının istehsalıdır.

Azərbaycanlı rejissor Anar Abbasovun "Amun" filmi ən yaxşı ssenarisi ilə fərqlənib. Həmyerlimiz bu filmi İvan Zavaruyevlə birlikdə ərsəyə gətirib.

Azərbaycanı təmsil edən digər rejissor Dariuş Nəcəfi Gölün "Səs" filmi "Ən yaxşı qısametrajlı oyun filmi" nominasiyanın qalibi olub.

Xatırladaq ki, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı Tatarıstan paytaxtında 2005-ci ildən keçirilir. Festivalın devizi "Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə"dir.

 

 





13.09.2017    çap et  çap et