525.Az

Fərhad Bədəlbəyli: "Minsk qrupunun yaradılması ən böyük səhvdir"


 

Fərhad Bədəlbəyli: "Minsk qrupunun yaradılması ən böyük səhvdir"<b style="color:red"></b> "ATƏT-in Minsk qrupunun yaradılması ən böyük səhvdir".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvü, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli bildirib.
 
ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edən F. Bədəlbəyli bu qrupun 25 ildə Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində heç bir iş görmədiyini vurğulayıb:
 
"Mən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvüyəm. 25 ildir ki, həmsədrlərlə görüşürük. Onlar bu müddət ərzində heç bir iş görməyiblər. Ancaq biznes klassda gəlib, beş ulduzlu hotellerdə qalıblar. Yüksək maaş alıblar. Lakin bütün bunların qarşılığında bir addım belə qabağa atılmayıb. Minsk qrupunun yaradılması çox böyük və dəhşətli səhvdir. Çünki ABŞ və Fransanın münaqişənin həllində öz maraqları var. Onlar bu ölkələrdəki erməni diasporunun maraqlarını təmin edirlər. Əminəm ki, Rusiya, Azərbaycan və Ermənistan birlikdə bu münaqişəni həll edə bilərdilər".
 





14.09.2017    çap et  çap et