525.Az

“Tereza Mey tezliklə İlham Əliyevlə görüşmək niyyətindədir”


 

“Tereza Mey tezliklə İlham Əliyevlə görüşmək niyyətindədir”<b style="color:red"></b> "Bu gün prezident İlham Əliyevlə görüşümüzdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli əlaqələri müzakirə etdik".
 
APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan deyib.
 
A. Dunkan görüşdə dövlət başçısına iki ölkə arasında əlaqələrin inkişafına görə təşəkkür etdiyini bildirib: "İki ölkə arasında siyasi, ticarət münasibətlərindən söz açdıq. Görüşdə xanım Tereza Meyin prezidentə təşəkkür məktubunu çatdırdım və bildirdim ki, xanım onunla tezliklə görüşmək niyyətindədir".
 
Nazir qeyd edib ki, bu, Bakıya ilk səfəridir: "Cənab İlham Əliyevə də dedim ki, 20 il ərzində neft sahəsində çalışsam da, ilk dəfədir Bakıya gəlirəm və yenə bura səfər edəcəyəm. Bura çox gözəl şəhərdir".
 





14.09.2017    çap et  çap et