525.Az

Qeyri-adi sindromlar


 

Qeyri-adi sindromlar<b style="color:red"></b>

Sindrom (yun.-eyni səviyyədə, uyğun) — ümumi patogenezə malik simptomların məcmusu deməkdir.

Tibdə və psixologiyada sindrom termini eyni vaxtda baş verən kliniki aşkar olunmuş simptomların oxşarlığına əsaslanır. Belə ki, xüsusiyyətlərdən biri həkimi digər xüsusiyyətlərin olması barədə xəbərdar edir. Bu termin tibbdən kənarda da oxşar hadisələri təsvir etmək üçün istifadə olunur.

Tibb terminologiyasında sindrom yalnız aşkar olunmuş xarakteristikaların məcmusuna aid edilir. Spesifik xəstəlik və ya rahatsızlıq isə əsas səbəb kimi qəbul olunur.

Karoşi sindromu

Karoşi yaponcadan hərfi tərcümədə “gücədüşmədən ölüm” (yorğunluqdan, işləməkdən ölüm) kimi səsləndirilə bilər. Bu, qəfil ölümdür. Geniş yayılmış arealına baxmayaraq Yaponiya bu ölüm faktı ilə bağlı ayrıca statistika yayan azsaylı ölkələrdən biridir. Tibdə bu ölüm faktını doğuran səbəb stresdən infarkt və insultdur.

Savant sindromu

Kifayət qədər nadir hal olan bu sindrom zamanı inkişafdan qalmış şəxslərdə (həmçinin autistik xəstəliyi olan) hər hansısa bir sahədə güclü qabiliyyətlər meydana çıxır.

Məsələn, bir şəxs adi yazıda 40 səhv buraxıb, sadə mətni çətinliklə oxuya və eyni zamanda beynində 6 rəqəmli ədədləri bir-birinə asanlıqla vura, 30 may 3016-cı ilin həftənin hansı gününə düşəcəyini hesablaya bilər.

Capgras sindromu

İlk dəfə Capgras tərəfindən öyrənilmişdir. Xəstə ətrafındakı insanların gerçək, həqiqi olmadığına, başqalarının onların yerini tutduğuna inanır. Qadınlarda daha çox müşahidə edilir.

Kotard sindromu

Bu zaman insan davamlı olaraq ölüm, hər şeyin məhv olması (ailəsinin yox olması, ya da köməksiz, çətin bir vəziyyətdə qalması), orqanizminin işləməməsi (hətta orqanlarının çürüməsi) və bu kimi şeylər haqqında düşünür. Depressiyanın ağır formaları və psixoz hallarında müşahidə edilir.

Ganser sindromu

İnsan soruşulan suallara tam yox, amma yaxın cavablar verir. Məsələn, 3*4 sualına 13 cavabını verə bilər. Başın zədələnməsindən sonra, həddindən artıq yorğunluq zamanı, bəzən də şizofreniya xəstələrində müşahidə edilir.

Cain (Qabil) sindromu

Qardaşa qarşı rəqabət, hücum, hətta öldürmək istəyinin olduğu durumdur. Qabil və Habil Adəm ilə Həvvanın oğullarıdır. Onlardan biri digərini öldürdüyü üçün buna Qabil sindromu da deyilir.

Otello sindromu

Pataloji qısqanclıq halıdır. Adını Uilyam Şekpirin “Otello” adlı əsərindən götürüb. Bu zaman xəstə gerçək olmadığı halda həyat yoldaşının sədaqətsiz olduğuna inanır və bunun üçün davamlı olaraq dəlil axtarır.

Gerçəkdə olmayan bu xəyalı aldadılmağın qarşısını almaq üçün həyat yoldaşının həyatını məhdudlaşdırar.

Diogen sindromu

Məşhur yunan filosofu, şərab çəlləyində yaşamışdı və nihilizm və animalizm ideyalarını yayırdı.

Əhvalata görə, Makedoniyalı İsgəndər ondan nə istədiyini soruşanda günəşin qabağından çəkilməyini cavabını verir.

Diogen sindromu daha çox sahibsizlik, özünə laqeyd münasibət hiss etmə hallarını təcəssüm etdirir. Daha çox yaşlı insanlarda müşahidə olunur. Diogenin səfil həyatı yaşayır, təmizliyinə necə riayət etməsi haqqında heç bir məlumat yoxdur.

Stendal sindromu

Psixosomatik xəstəlik olub, xüsusilə gözəl bir sənət əsərinə baxarkən  ürək döyüntülərinin artması, qarabasma, çaşqınlıq və başgicəllənmə ilə müşayiət edilən prosesi ifadə edir. Sindromun adı kitabında Florensiyanı təsvir edərkən sindromu da yaşamış olan fransız yazıçısı Stendalın adı ilə bağlıdır.

Yerusəlim sindromu

Dini motivlərdən(daha çox xristian və yəhudilər üçün) dolayı psixolojik olaraq məşhur şəhəri ziyarət etmək həvəsinin yaratdığı psixoloji vəziyyətdir. Bu şəhərə gəldikdən sonra sanki bir xəstəlikdən canlarını qurtardıqlarını fikirləşirlər.

Xədicə RƏHMAN

 





19.09.2017    çap et  çap et