525.Az

Ölümsüz olmağımız üçün son 30 il


 

Ölümsüz olmağımız üçün son 30 il<b style="color:red"></b> ABŞ-ın Silikon vadisində yerləşən “Singularity” universitetinin banisi Xose Luis Kordeyro gələcək haqqında fikirlərini bölüşərkən, gələcəkdə insan ömrünü uzada biləcəyini deyib.

Hətta hazırda mövcud olan texnologiyalarla insan ömrünü uzada biləcəyini iddia edən alim, 30 ildən sonra sonsuzadək yaşamağın mümkün olacağını bildirib.

Oxşar açıqlama verən rusiyalı alim Xavinson qarşıdakı illər ərzində orta yaşama müddətini 30 ilədək uzadılacağını bildirib.

İnsan ömrünün hər hansı bir yaş hüdudu ilə məhdudlaşmadığını vurğulayan alim sağlam bir bədənin uzun illər yaşaya biləcəyini söyləyib.
 
Gələcək haqqında bir çox şokedici fikirləri olan ABŞ-lı alim Kordeyro gələcəkdə telepatiya üsulu ilə əlaqənin də mümkün olacağını bildirib.

Xədicə RƏHMAN
BBC.com
 





20.09.2017    çap et  çap et