525.Az

Oğlunun ölümünə dözmədi, özünü asdı


 

Oğlunun ölümünə dözmədi, özünü asdı<b style="color:red"></b>

Ağsu rayonunda baş vermiş intihar bütün rayonu sarsıdıb.

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, oğlunun ölümünə dözməyən ana özünü qəsd edib.

Dəhşətli intihar dünən rayonunun Qasımbəyli kəndində baş verib. Kənd sakini 49 yaşlı Zanbaq Əliyeva özünü yaşadığı evin həyətində asıb. Məlum olub ki, Z.Əliyevanın yeganə övladı olan 21 yaşlı Asif avqustun 18-də faciəvi şəkildə ölüb. Gənc oğlan öz toyuna 7 gün qalmış elektrik vurması nəticəsində dünyasını dəyişib.

Övladının ölümündən sarsılmış ana həmin vaxtdan bir neçə dəfə özünü öldürməyə cəhd edibmiş. Hər dəfə yaxınları və ailə üzvləri onu intihardan yayındırıbmış. Dünən isə Z.Əliyeva özünü öldürməyə imkan tapıb. O, evdə ona mane olacaq kimsənin olmamasında istifadə edərək özünü həyətdəki tikilinin tavanından asıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Onu da əlavə edək ki, Əliyevlər ailəsindən salamat yalnız ailə başçısı qalıb.
 

 





02.10.2012    çap et  çap et