525.Az

Dünyanın ən varlı qadınlarından biri öldü


 

Dünyanın ən varlı qadınlarından biri öldü <b style="color:red"></b> Dünyaca məhşur “Loreal” kosmetika markasının sahibi Lilian Bettenkurt Parisdə vəfat edib.

525.az-ın "The Independent News"a istinadən məlumatına görə, bu barədə xəbəri L.Bettenkurtun qızı Meyers verib.

M.Bettenkurt açıqlamasında 94 yaşlı anasının dünən gecə saatlarında öz evində öldüyünü deyib.

Qeyd edək ki, “Forbes” jurnalı açıqladığı siyahıda dünyanın ən zəngin 14-cü qadını olan L.Bettenkurt 33 milyard dollara sərvətə sahib idi.
 





22.09.2017    çap et  çap et