525.Az

"Qalatasaray" - "Fənərbaxça" matçının Bakıda keçiriləcəyi dəqiqləşir


 

"Qalatasaray" - "Fənərbaxça" matçının Bakıda keçiriləcəyi dəqiqləşir<b style="color:red"></b>

Türkiyə Futbol Federasiyası ölkə Super Kubokunun Bakıda keçirilməsini təklif edib.

Qol.Az-ın məlumatına görə, federasiyanın vitse-prezidenti Sərvət Yardımçı bu barədə ANS-ə açıqlama verib.

"TFF olaraq avqust ayında planlaşdırılan Türkiyə Superkubokunun finalının Bakıda keçirilməsini istəyirik. Dünən bu məsələ ilə bağlı federasiya prezidenti Yıldırım Dəmirörənlə birgə toplantı keçirdik. Biz bu barədə klub rəhbərləri ilə də danışacağıq. İnşallah 11 avqustda "Qalatasaray" - "Fənərbaxça" finalına Bakıda baxarıq"



 





29.05.2013    çap et  çap et