525.Az

“Qarabağ”-“Roma” oyunu rekord müəyyənləşdirə bilər


 

“Qarabağ”-“Roma” oyunu rekord müəyyənləşdirə bilər<b style="color:red"></b> Çempionlar Liqasının II turunun “Qarabağ” – “Roma” qarşılaşması rekordla əlamətdar ola bilər.

Apasport.az saytının məlumatına görə, bu gün keçiriləcək görüş turun ən çox tamaşaçı toplayan matçı olmaq şansına malikdi.
 
Bakı Olimpiya Stadionunda baş tutacaq oyunun bütün biletlərin satıldığını nəzərə alsaq, arenada anşlaq olacaq. Bu isə turun mütləq rekordu üçün kifayətdi.
 
Belə deməyə ilk oyun gününün qarşılaşmalarındakı tamaşaçı sayı əsas verir. Çünki dünən keçirilən görüşlərdə rekord 65 min 849-a bərabər olub. Dortmunddakı “Borussiya” – “Real” matçında bu qədər fanat toplaşıb.
 





27.09.2017    çap et  çap et