525.Az

Nazirdən turistlərin davranışı ilə bağlı fikirlərə münasibət


 

Nazirdən turistlərin davranışı ilə bağlı fikirlərə münasibət <b style="color:red"></b> "Turistlərin axını ilə bağlı müxtəlif fikirlər dolaşır. Deyirlər ki, onlar özlərini apara bilmirlər. Ancaq gərək insanlar gəlib Azərbaycana görsünlər. Onların bizə xoş davranış nümayiş etdirməsi üçün gərək insanlar da onlara mədəniyyətimizi öyrətsinlər".
 
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar bu gün keçirdiyi brifinqdə deyib.
 
Onun sözlərinə görə, turistlərin davranışları ilə bağlı bütün insanlar birgə çalışmalıdırlar: "Bütün insanlara üzümü tuturam, qonaqpərvərlik kifayət qədər mürəkkəb anlayışdır. Əgər istəyiriksə, bizi tanısınlar, bu yolda müəyyən işlər görülməlidir".
 





27.09.2017    çap et  çap et