525.Az

"Taxt oyunları"nın son mövsüm rejissorları bəlli oldu


 

"Taxt oyunları"nın son mövsüm rejissorları bəlli oldu <b style="color:red"></b> Dünyanın ən çox izlənilən seriallarından olan "Taxt oyunları"nın səkkizinci - son mövsümünün rejissorları açıqlanıb.

Serialın daha əvvəlki mövsümlərində rejissor kürsüsündə əyləşən Mişel Sapoçnik, Devid Nutter, Devit Beniof və Den Veys yeni mövsümdə də bu kürsünü paylaşacaq.

Sonuncu mövsümün 6 bölümdən ibarət olacağı və hər bir bölümü fəqli rejissorun çəkəcəyi gözlənilir.

Çəkilişləri 2018-ci ilin yaz aylarında başlayacaq serialın nümayiş tarixi açıqlanmayıb.

Qeyd edək ki, serialın ilk bölümü 2011-ci il aprelin 11-də nümayiş olunub.

XƏDİCƏ
 





28.09.2017    çap et  çap et