525.Az

Yağış suyunun faydaları


 

Yağış suyunun faydaları <b style="color:red"></b>

Faydaları elmi cəhətdən də təsdiqlənmiş olan yağış suyu saça və dəriyə çox lazımlı olan minerallarla zəngindir.

525.az yağış suyunun digər faydalarını sizlərə təqdim edir:

Saçlarınızı yuyun

Yəqin ki, qəfil başlayan yağış ilə islanan saçlarınızın quruduqdan sonra necə yumuşaq olduğunu görmüsünüz. Əgər sənaye bölgəsində yaşamırsınızsa, yağış yağarkən boş qabı onun altına qoyub daha sonra həmin su ilə saçlarınızı yuyun.

Üzünüzü yuyun 

Hər səhər üzünüzü yağış suyu ilə yuya bilərsiniz. Yağış suyu üz dərinizi daha da yumşaq edəcək. Üzünüzü yuduqdan sonra dəsmal ilə qurulamağı unutmayın.

Çiçəklərinizi sulayın

Azot ilə birləşən oksigen dibçək güllərinizi bəsləyər. Onların daha sürətlə böyüməsini daha əlvan olmasını təmin edər. Yağış suyu ilə sulanan çiçəklərin ömürləri uzun  kökləri möhkəm olur.

İçin

Topladığınız yağış suyunu eyni zamanda içə də bilərsiniz. Xüsusilə, yaz aylarında yağan yağışın suyu orqnizmə daha çox faydalıdır. Daxili orqanlarımıza və immun sisteminə faydalı olan yağış suyu, həzm prosesində də iştirak edir.

Vanna qəbul edin

İsitdiyiniz yağış suyunu vannaya tökün. Çalışın yağış suyu ilə vanna qəbul edərkən sabun və köpükdən istifadə etməyəsiniz.

XƏDİCƏ

 





29.09.2017    çap et  çap et