525.Az

"Bavariya"nın yeni baş məşqçisi məlum oldu


 

"Bavariya"nın yeni baş məşqçisi məlum oldu<b style="color:red"></b> Dortmundun “Borussiya” klubunun sabiq baş məşqçisi Tomas Tuxel yaxın müddətdə “Bavariya”nın baş məşqçisi təyin ediləcək.
 
APA-nın xəbərinə görə, bu barədə “Bild” nəşri yazıb.
 
Məlumata görə, klub rəhbərliyi ilə razılığa gələn T.Tuxel müqavilənin imzalanması üçün Münhenə yola düşüb.
 
Sentyabrın 28-də “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti uğursuz nəticələrə görə istefaya göndərilib. Klub Çempionlar Liqasının II turunda  PSJ-yə 0:3 hesabı ilə məğlub olub, Bundesliqada isə 3-cü pillədə qərarlaşıb.
 
44 yaşlı Tomas Tuxel bundan əvvəl Almaniyanın “Maynts” və “Borussiya” (Dortmund) klublarında çalışıb. Onun rəhbərliyi altında “Borussiya” 2016/17-ci il mövsümündə Almaniya Kubokunu qazanıb.
 





30.09.2017    çap et  çap et