525.Az

Ali Məhkəmə Mirqədirovun şikayətini təmin etmədi


 

Ali Məhkəmə Mirqədirovun şikayətini təmin etmədi<b style="color:red"></b> Ali Məhkəmədə jurnalist Rauf Mirqədirov barəsindəki hökmdən verilən şikayətə baxılıb.
 
Vəkil Fuad Ağayev APA-ya deyib ki, şikayət təmin edilməyib.
 
Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti cəza təyin edib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Kassasiya şikayətində Ali Məhkəmənin ona bəraət verməsi istənilib.
 





03.10.2017    çap et  çap et