525.Az

"Berlin-Bakı" qalereyasında yeni sərgi açılacaq


 

"Berlin-Bakı" qalereyasında yeni sərgi açılacaq<b style="color:red"></b>

Oktyabrın 15-də "Berlin-Bakı" qalereyasında "Azərbaycan Bolqarıstanla Berlində görüşür" adlı sərgi açılacaq.

AZƏRTAC qalereyanın saytına istinadla xəbər verir ki, sərgidə İbrahim Əhrari, Günay Şəmsi, Vəfa Rüstəmova, Anar Şəmsiyev, Antonia Duende, Nikolay İvanov, Dimitar Hinkov və Boriana Pertçinskanın əsərləri nümayiş etdiriləcək. Sərgi noyabrın 8-dək davam edəcək.

"Berlin-Bakı" qalereyası Almaniya və Azərbaycan rəssamlarının, heykəltəraşlarının və digər incəsənət nümayəndələrinin əsərlərinin birgə sərgisinin təşkili və xalqlarımız arasında mədəni əlaqələri daha da genişləndirmək istiqamətində fəaliyyət göstərir. Qalereya müxtəlif ölkələrdən rəssamların, heykəltəraşların, fotoqrafların və perfomans təqdim edən sənətkarların üzünə açıqdır.

"Berlin-Bakı" qalereyası Berlin Qalereyaları Assosiasiyasının üzvüdür. Qalereyanın saytına daxil olmaqla http://www.galeriebb.de/EN/ orada keçirilən tədbirlər haqqında ətraflı məlumat əldə etmək olar.

 





04.10.2017    çap et  çap et