525.Az

Lənkəranda yaşayış evlərini su basdı


 

Lənkəranda yaşayış evlərini su basdı<b style="color:red"></b> Yağan intensiv yağışlar Lənkəranda ciddi fəsadlar törədib.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran çayının daşması səbəbindən Sütəmordov kəndində onlarla evi su basıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 10-a yaxın ailənin təxliyəsi həyata keçirilir.
 
Hazırda ərazidə yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
 





05.10.2017    çap et  çap et