525.Az

Türkiyəli yazarın Şəki həsrəti sona yetir


 

Türkiyəli yazarın Şəki həsrəti sona yetir<b style="color:red"></b>

Türkiyədə yaşayıb-yaradan Şəki kökənli şair-publisist Coşqun Qarabulud və xanımı millət vəkili  Cavanşir Feyziyevin dəvətilə Azərbaycana gəlir.

Ayın 8-də Bakıya gələcək Coşqun Qarabuludun səfər proqramı çərçivəsində ziyarət, görüş və tədbirlər 9 oktyabrdan başlanacaq. İlk günün proqramına, Bakıda Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət, ziyarətin ardınca, Coşqun Qarabuludun dədə-babalarının eli olan Şəkiyə yola düşmək daxildir.

3 gün Şəkidə qalacaq qardaş ölkə yazarı ilə ədəbi ictimaiyyətin görüşü, o cümlədən ADPU Şəki filalında müəllim və tələbələrlə görüş, Coşqun Qarabuludun Bakıda çıxan kitabının imza mərasimi, Şəki Xan Sarayı ilə tanışlıq, şəhərin başqa görməli yerlərinə gəzinti nəzərdə tutulub.

Ayın 12-də Bakıya dönəcək ədiblə bağlı növbəti görüş 13 oktyabrda “Günlərdən şeir...” silsilə tədbirləri çərçivəsində M.F.Axundov adına Kitabxananın “Açıq Kitabxana”sında düzənlənən görüş-müzakirə ilə gerçəkləşəcək.

Səfər proqramında paytaxtın görməli yerləri, o cümlədən Nizami adına Ədəbiyyat Muzeyi, Azərbaycan Tarixi Muzeyi, İstiqlal Muzeyi ilə, habelə Azərbaycan Yazıçılar Birliyi və Azərbaycanda Atatürk Mərkəzi ilə tanışlıq, eləcə də Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunda görüş nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin iyul ayında,C.Qarabuludun Bakıda Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən nəşrə hazırlanmış “Hardan haraya” adlı şeirlər kitabı gün üzü görüb. Kitabın önsöz müəllifi millət vəkili Cavanşir Feyziyev, redaktoru Əkbər Qoşalı, nəşrə hazırlayanı Nazilə Gültacdır.

 





05.10.2017    çap et  çap et