525.Az

Yemək bişirərkən yol verilən səhvlər


 

Yemək bişirərkən yol verilən səhvlər <b style="color:red"></b>

Yeməkləri bişirərkən edilən səhvlər yeməyinizin ləzzətinin itməsinə gətirib çıxarır. Bu səbəblə yemək bişirərkən bəzi nüanslara daha çox diqqət yetirmək lazımdır.

525.az sizlərə yemək bişirərkən yol verilən bəzi səhvləri təqdim edir:

1. Makaronu yumaq

Makaronu qaynatdıqdan sonra yumaqla ləzzətinin itməsinə səbəb olacaqsınız. Ümumiyyətlə, heç bir halda makaronu yumaq məsləhət görülmür. 

2. Soğan və sarımsağı eyni anda qovurmaq

Sarımsaq uzun müddət qovrulduqda tərkibindəki bütün vitaminlər ölür. Soğanın bişməsi üçün uzun müddət qovrulmağa ehtiyac olunduğu halda, bu müddətdə sarımsaq bütün vitamini itirəcək. Buna görə də soğanla eyni anda sarımsaq qovurmaq məsləhət görülmür.

3. Hamburger küftəsi

Hamburger küftəsi qalın olduğu üçün bəzən içi yaxşı bişməyə bilər. Əgər yaxşı bişməyini istəyirsinizsə, əvvəlcədən küftənin ortasına çuxur yaradın. Bu zaman hamburger küftəniz daha yaxşı və sulu bişəcək

4. Ətin duzunu bişdikdən sonra atın

Toyuq və ya mal ətini bişirərkən duz atmaq tövsiyyə olunmur. Bunun yerinə bişdikdən sonra duz atın. Əks halda ətiniz sərt və duzsuz olacaq. 

5. Plov düyüsünü uzun müddət suda saxlayın

Əgər bişirəcəyiniz plovun yapışmasını istəmirsinizsə, düyüsünü uzun müddət suda saxlayın. Suda saxlanılan düyü əzilməyəcək. Əgər zəfəranınız varsa, onun da üzərinə 1 stəkan ilıq su töküb 1-2 saat isladın.

Xədicə RƏHMAN

 





05.10.2017    çap et  çap et