525.Az

Sumqayıtda binada yanğın: sakinlər təxliyə edildi


 

Sumqayıtda binada yanğın: sakinlər təxliyə edildi<b style="color:red"></b> Sumqayıtda yanğın olub.
 
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, şəhərdə çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 m² sahədə və ev əşyaları 5 m² sahədə yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 





06.10.2017    çap et  çap et