525.Az

Yazıçı Pərvinin kitabının təqdimat mərasimi keçiriləcək


 

Yazıçı Pərvinin kitabının təqdimat mərasimi keçiriləcək<b style="color:red"></b>

Oktyabrın 9-da saat 14:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı Pərvinin “Səhnə” adlı kitabının təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimində teatr xadimlərinin, yazıçıların, media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

“Səhnə” kitabında müəllifin müxtəlif tamaşalara resenziyaları, sənət adamları ilə söhbətləri, teatr konfranslarından təəssürat yazıları, həmçinin pyesləri yer alıb.
 
Pərvin bu yazılarda həm tamaşaçı, həm tənqidçi, həm də dramaturq kimi görünür.

 

 





06.10.2017    çap et  çap et