525.Az

XİN-dən Xankəndi aeroportu ilə bağlı açıqlama


 

XİN-dən Xankəndi aeroportu ilə bağlı açıqlama<b style="color:red"></b>

“Biz dəfələrlə bəyan etmişik ki, bu cür addımlar qanunsuzdur və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə böyük zərbə vurur”.

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev erməni mətbuatında Xankəndi aeroportunun istismara verilməsinə dair gedən xəbərləri belə şərh edib.

O qeyd edib ki, bu addım erməni tərəfinin münaqişənin nizamlanması üçün siyasi iradə nümayiş etdirmək istəmədiyini göstərir: “Bu addım beynəlxalq birliyin bu məsələyə nə üçün adekvat reaksiya vermədiyinə dair sualı yenə ortaya qoyur. Bu məsələ dəfələrlə beynəlxalq birlik səviyyəsində qaldırılıb. Azərbaycan heç vaxt qanunsuz hərəkət etməyib, bizim addımlarımız beynəlxalq normalara əsaslanır. Ümidvarıq ki, dünya birliyi Ermənistanın bu addımlarına reaksiya verəcək. Qeyd olunan ərazi Azərbaycanın hava məkanı sayılır və bu ərazilərdə aeroportun açılması Mülki Aviasiyaya dair Çikaqo Konvensiyasına ziddir”.

 





02.10.2012    çap et  çap et