525.Az

Ədəbi dil normalarının pozulmasına görə cərimə tətbiq olunacaq?


 

Ədəbi dil normalarının pozulmasına görə cərimə tətbiq olunacaq? <b style="color:red"></b> Mətbuat Şurası Azərbaycan ədəbi dil normalarının pozulmasına görə böyük cərimələrin tətbiq olunmasını təklif edir.
 
APA-nın məlumatına görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
 
Ə. Amaşov bildirib ki, monitorinqlər zamanı duyru işarələrinin, xüsusən vergülün işlədilməsində daha çox problemlərin olduğu üzə çıxıb:
 
"Problemləri aradan qaldırmaq üçün bir neçə addımın atılması vacibdir. Bu gün media orqanlarının yaradılması üçün hər hansı maneə yoxdur. Ona görə də indiki halda media yaradanların üzərinə daha böyük məsuliyyət qoyulmalıdır. Mətbuatda Ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır.
 
Qanunvericilik tələblərinə riayət edilməsinə də xüsusi diqqət yetirilməlidir. Məsələn, Fransada Ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur. Bunu Azərbaycanda da tətbiq etmək olar".
 





06.10.2017    çap et  çap et