525.Az

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Gənclərin IV Film Festivalında


 

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Gənclərin IV Film Festivalında <b style="color:red"></b>

Bakıda "CinemaPlus Azerbaijan" kinoteatrında ABŞ-ın ölkəmizdəki səfirliyi, "Desperado" musiqi məktəbi və "Azerbaijan Alumni Association"un dəstəyi ilə IV Azərbaycan Gənclər Film festivalı keçirilib.

Festival çərçivəsində Azərbaycan, Avropa, və Amerikanın bir çox ekran əsərləri, canlı musiqi, ustad dərsləri, eləcə də gənc Azərbaycan filmoqraflarının 40-dan çox filmi  nümayiş olunub.

"Öz hekayəni danış" mövzusunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin 3-cü kurs tələbəsi Anar Məcidovun "Hophopnamə" filmi 4-cü, magistr Abbasağa Əlizadənin "Mən" filmi 2-ci olub.

"Həvəskar sənədli film" üzrə 2-ci yerə SABAH qrupu 4-cü kurs tələbələri Şövkət Fikrətqızının "Film about the young performer", Samir Hüseynovun "Happy Death", 1-ci yerə 4-cü kurs tələbəsi Hüseyn Həsənov və 3-cü kurs tələbəsi Kamran Əliyevin "Koleydoskop" filmləri layiq görülüb. Qaliblərə diplom və mükafat təqdim edilib.

Bundan başqa, Kino və televiziya fakültəsinin 3-cü kurs tələbələri Zeynəb İsgəndərovanın "Ütü", Binyamin Sailovun "Uçan balıqlar", 4-cü kurs tələbəsi Fikrət Gündüzlünün "Fərasətli", məzun Elşən Şirbağırovun "Acı həyat" və SABAH qrupu 4-cü kurs tələbəsi Masər Həsənovun "Everest", "Sevgi naminə" filmləri nümayiş olunub və iştirakçı sertifikatı ilə təltif edilib.    

Qeyd edək ki, festival iştirakçılarının filmləri ilə yanaşı, gürcü rejissorları Tamta Qabriçidzenin, Vakho Cacanidzenin filmləri nümayiş olunub, Kann film Festivalının iştirakçısı Pablo Mahave və qaçqınlar haqqında filmlərin rejissoru Fridun Coindanın ustad dərsləri keçirilib.

Zeynəb ƏKBƏR

 





06.10.2017    çap et  çap et