525.Az

Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi beynəlxalq festivala gedir


 

Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi beynəlxalq festivala gedir<b style="color:red"></b>

14-22 oktyabr tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Rusiyanın Soçi şəhərində Tələbə və Gənclərin XIX Ümumdünya Festivalı keçiriləcək.

150 ölkənin qatılacağı festivalda elm, təhsil, mədəniyyət, idman, informasiya texnologiyaları və digər yaradıcılıqla məşğul olan gənclər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin  IV kurs tələbəsi Könül Şahmar da yer alacaq.

Qeyd edək ki, K.Şahmar daha öncə də Dünya Turizm günü ərəfəsində Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində Azərbaycan və Rusiyada turizm sahəsində multikulturalizm mövzusunda keçirilən dəyirmi masada “Rusiya və Azərbaycan turizmində rus dili” hesabatı ilə çıxış edib.

Məlumat üçün bildirək ki, festival Birləşmiş Millətlər Təşkilatının  XVII davamlı inkişaf proqramı vasitəsilə həyata keçirilir. Altı dildə - ərəb, çin, inglis, fransız, rus və ispan dillərində keçiriləcək festivalda gənclər arasında siyasi aktual məsələlər, idman yarışları, mədəni, yaradıcı tədbirlər üzrə açıq müzakirələr, habelə mədəniyyət və qloballaşma, qlobal iqtisadiyyat, bilik iqtisadiyyatı, ictimai qurumların inkişafı, eləcə də beynəlxalq təhlükəsizlik mövzuları müzakirə ediləcək.

Zeynəb ƏKBƏR

 





08.10.2017    çap et  çap et