525.Az

Parisdə azərbaycanlı modelyerin kolleksiyası sərgiləndi


 

Parisdə azərbaycanlı modelyerin kolleksiyası sərgiləndi<b style="color:red"></b>

Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində “Fashion Glam Couture”nin prezidenti Miryam Lariyerin təşkilatçılığı ilə azərbaycanlı modelyer Həcər Qalanın (“Mme Challie” markası) kolleksiyası nümayiş olunub.

Assosiasiyadan verilən məlumata görə, Paris moda həftəsi çərçivəsində təşkil olunan moda nümayişində ADA-nın prezidenti Jan-Fransua Mansel, Azərbaycanın Fransadakı səfirliyinin konsulu Zaur Fərhadov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Fransanın tanınmış aktyorları, incəsənət xadimləri və    modelyerlər iştirak ediblər.

Azərbaycan klassik musiqi sədaları altında keçrilən moda nümayişi tamaşaçıların böyük marağına səbəb olub.

25 ildir Avstraliyada yaşayan Həcər Qala modelyerliklə fəal məşğul olur. Vətəndən uzaqda yaşasa da, o, öz işlərini Azərbaycanın zəngin çalarlarından, mədəni irsindən ilhamlanaraq yaradır. Milli geyimlərin səciyyəvi elementlərindən, dekorativ tikmə növlərindən istifadə edən modelyer rəngarəng kolleksiyası ilə Azərbaycanı təmsil edir.

Xədicə RƏHMAN

 





08.10.2017    çap et  çap et