525.Az

HP şirkəti yeni planşetini təqdim etdi


 

HP şirkəti yeni planşetini təqdim etdi<b style="color:red"></b> ABŞ-ın Hewlett-Packard (HP) şirkəti Windows 8 əməliyyat sisteminin idarəetməsi ilə işləyən ElitePad 900 biznes sinfinə mənsub planşet kompüter təqdim edib.  

525.az-ın Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şirkətin məlumatında deyilir ki, qurğu gələcək nəsil Intel mobil prosessoru əsasında hazırlanıb. Söhbətin 1,8 giqahers takt tezlikli iki hesablama nüvəsini özündə birləşdirən Atom Z2760 çipindən, 533 meqahers takt tezlikli Graphics Media Accelerator qrafik kontrollerindən, eləcə də yaddaş kontrollerindən getdiyi başa düşülür. 

10,1 diaqonal düymlü sensor displeyin tərəflərinin bir-birinə nisbəti 16:10 təşkil edir və Gorilla Glass 2 şüşəsi cızılmadan qorunmanı təmin edir. Planşetin korpusu möhkəm materialdan hazırlandığına görə əldən yerə düşərkən dayanıqlıq nümayiş etdirir. Bundan başqa, qalınlığı 9,2 mm, çəkisi isə 680 qram təşkil edən qurğu üçün kir və temperatur dəyişikliyi problem törətmir.

HP mini-kompüter üçün Smart Jacket ümumi adı altında birləşdirilən müxtəlif aksesuarlar təqdim edəcək. Alıcılar aparata qoşulan ElitePad Productivity Jacket klaviaturasını, ElitePad Docking Station dok-stansiyasını və ElitePad Rugged Case çexolunu ala bilərlər, Kompulenta yazır. 

Qiyməti barədə məlumat verilməyən ElitePad 900 planşetinin satışlarına 2013-cü ilin yanvarından başlanılacaq.
 





02.10.2012    çap et  çap et