525.Az

"İlk hissədə oyuna tam köklənə bilməmişdik"


 

"İlk hissədə oyuna tam köklənə bilməmişdik"<b style="color:red"></b>

"İlk hissədə oyuna tam köklənə bilməmişdik. Fasilədən sonra yaxşı çıxış etdik və qalib gəldik. Öz meydanımızda keçirdiyimiz bütün qarşılaşmalarda qalib gəlmək istəyirik".

Qol.az-ın məlumatına görə, bu sözləri Almaniya millisinin futbolçusu Sandro Vaqner DÇ-2018-in seçmə mərhələsində millimizə 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra ölkəsinin mətbuatına deyib.

29 yaşlı hücumçu yığmadakı gələcəyi ilə bağlı yekun qərarı baş məşqçisi Yoahim Lövün verəcəyini söyləyib: "Hər bir oyunçu klubda və millidə yaxşı çıxış etmək istəyir. Heyət seçimi ilə bağlı qərarı baş məşqçi verir. Hər bir futbolçu yalnız formada qalmaqla özünü sübut edə bilər”.
 
Qeyd edək ki, Almaniya millisi C qrupunda 10 görüşün hamısında qalib gələrək mundiala vəsiqə qazanıb.

 





09.10.2017    çap et  çap et