525.Az

Təhsil Nazirliyindən "Vseobşaya istoriya" açıqlaması


 

Təhsil Nazirliyindən "Vseobşaya istoriya" açıqlaması <b style="color:red"></b>

Təhsil Nazirliyi mətbuatda tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün X sinif "Vseobşaya istoriya" dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib.

"Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən "Şərq-Qərb" nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib. Tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün yeni çap olunmuş X sinif "Vseobşaya istoriya" dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb. X sinif  "Vseobşaya istoriya" dərsliyinin orijinal Azərbaycan və gürcü dilində tərcümə variantlarından fərqli olaraq, qədim Roma imperiyasının xəritə toponimləri rus dilində olan variantda düzgün verilməyib. Qeyd olunan dərslikdəki  texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə müraciət edib. Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib. Məsələ ilə bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.

S.QARAYEVA

 





10.10.2017    çap et  çap et