525.Az

Meksika səfiri yerli turizm şirkətlərinin nümayəndələriylə görüşdü


 

Meksika səfiri yerli turizm şirkətlərinin nümayəndələriylə görüşdü<b style="color:red"></b>

Oktyabrın 6-da Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ölkəsinin turizm imkanlarını təqdim etmək məqsədilə müxtəlif yerli səyahət agentliklərinin nümayəndələri ilə görüş keçirib.

Səfirlikdən verilən məlumata görə, konfrans zamanı diplomat milli iqtisadiyyatın inkişafında turizm sektorun əhəmiyyətini qeyd edib. Bundan əlavə, səfir sektora aid hazırkı göstəricilər haqqında məlumat verərək, onun ÜMD-nun 9 faiz təşkil etdiyini vurğulayıb. Səfir Labardini turizmin həm iqtisadi sabitlik, həm də ölkənin dünyada tanınması və təşviqi üçün vacib olan bir sıra sahələrlə əlaqəsini diqqətə çatdırıb.

Bu baxımdan, qeyd olunub ki, ölkənin çoxsaylı qeyri-maddi zənginlikləri və abidələri UNESKO tərəfindən Bəşəriyyətin İrsi elan edilib. Həmin təşkilat dünyanın təxminən 204 şəhərini bu adla təltif edib ki, onlardan 10-u Meksikada yerləşir. Bu yerlər unikal mədəni nümunəni təqdim etməkdən əlavə, mükəmməl memarlıq və tarixi orijinallığı ilə ifadə olunur. Hər biri mətbəx, tədbir və festivallar, memarlıq, əl işi sənəti və digər zənginlikləri sayəsində Meksikanın və xarici ölkələrinin digər şəhərlərindən özünəməxsus fərqliliyi ilə seçilir.

Səfir daha sonra Meksikanın şəhərləri və regionlarının xüsusiyyətlərindən söhbət açaraq, "Pueblos Megicos" (Sehirli Kəndlər) anlayışı haqqında danışıb. Bu ad 2001-ci ildə, ölkədə turizmin inkişafına yönlənən dövlət proqramı sayəsində yaranıb. Bu gün Meksikanın 111 "Sehirli Kəndi" var və onlardan hər biri adət-ənənələr, tarixçələr, əfsanələr, mətbəx və digər ictimai-mədəni nümayişlərdə orijinallığı təqdim edərək, yüksək sayda xarici ziyarətçiləri cəlb edir.

Ceyhun ABASOV

 





10.10.2017    çap et  çap et