525.Az

Elman Abdullayev etimadnaməsini Ruanda prezidentinə təqdim etdi


 

Elman Abdullayev etimadnaməsini Ruanda prezidentinə təqdim etdi<b style="color:red"></b> Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev etimadnaməsini Ruanda prezidenti Pol Kaqameyə təqdim edib.
 
XİN-dən APA-ya bildirilib ki, görüşdə Elman Abdullayev Ruanda ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu və Azərbaycan Respublikasının bu ölkə ilə münasibətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.
 
Pol Kaqame Ruandanın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib.
 





11.10.2017    çap et  çap et