525.Az

Aydın Əliyev: "Bəzi aksiz vergiləri artırıla bilər"


 

Aydın Əliyev: "Bəzi aksiz vergiləri artırıla bilər"<b style="color:red"></b> "Vergi rüsumlarının artırılması ilə bağlı Dövlət Gömrük Komitəsinə (DGK) hər hansı müraciət daxil olmayıb".

"APA-Economics" xəbər verir ki, bunu DGK sədri Aydın Əliyev bildirib.
 
Bununla yanaşı, qurum rəhbəri bildirib ki, bəzi aksiz vergilərinin artırılması gündəmdədir: "Hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır. Bilirsiniz ki, manatın devalvasiyasından sonra bugünkü mövcud vəziyyət həqiqətəuyğun deyil".
 
DGK sədri deyib ki, tütün məmulatları, spirtli içkilərə tətbiq olunan aksiz vergisi artırıla bilər: "Bilirsiniz ki, ölkəmizdə bu sahədə kifayət qədər müəssisələr fəaliyyət göstərir. Bizim əsas vəzifələrimizdən biri də daxili istehsalı qorumaqdır".
 





11.10.2017    çap et  çap et