525.Az

Türkiyədə azərbaycanlı alimin kitabı nəşr olundu


 

Türkiyədə azərbaycanlı alimin kitabı nəşr olundu<b style="color:red"></b>

Qaziantep Universitetində çalışan azərbaycanlı professor Babək Qurbanovun "Estetika terminləri lüğəti" adlı yeni kitabı nəşr olunub.

Uzun illərin tədqiqatının nəticəsi olan bu kitabın işıq üzü görməsindən qürur duyduğunu deyən professor B.Qurbanov ensiklopedik nəşrin Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında nəşrə hazırlandığını söyləyib. Alim bildirib ki, əsərdə estetik və bədii terminlərin izahına geniş yer verilməklə yanaşı, mövzu ilə bağlı bir sıra elmi tədqiqatlar da yer alıb.

Hər iki ölkənin ziyalı auditoriyası üçün mükəmməl elmi mənbə olan bu nəşri geniş mənada monoqrafik səciyyəli əsər kimi də dəyərləndirmək olar. Kitabda bəzi termin və anlayışların izahı ilə yanaşı, həmyerlimizin estetika və sənətlə bağlı bir çox elmi jurnallarda və mətbuatda yayımlanmış yazıları da dərc edilib.

B.Qurbanov lüğətin sənətçilər, estetika sahəsində çalışan elm adamları, incəsənət fakültəsinin tələbələri, bu sahəyə maraq göstərən oxucular üçün də gərəkli vəsait olacağına inandığını qeyd edib.

Ceyhun ABASOV

 





12.10.2017    çap et  çap et