525.Az

Qazaxıstanlı müəllimlər Mədəniyyət və İncəsənət Universitetində


 

Qazaxıstanlı müəllimlər Mədəniyyət və İncəsənət Universitetində<b style="color:red"></b>

Qazaxıstanın bir sıra təhsil ocaqları ilə əməkdaşlıq edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bu dəfə qonağı Kurnaqazi adına Qazaxıstan Milli Konservatoriyasının professoru, "Musiqi təhsili və pedaqogika" kafedrasının müdiri Kaliakbarova Lyalya Tokenova və kafedranın baş müəllimi Şabdenova Dariya Raximalievna olub.

Qonaqları qarşılayan ADMİU-nun rektoru professor Fərəh Əliyeva onları  salamlayaraq səfərin məqsədindən, iki il əvvəl Universitetdə açılan musiqi müəllimliyi ixtisasının tədrisi üçün yeni , maraqlı tədris proqramlarının işlənilməsi, yeni yanaşma və s. üzərində birgə, qarşılıqlı təcrübə, orta ümumtəhsil məktəbində musiqi müəllimi ixtisasının peşə kompitensiyaları haqqında  fikir mübadiləsi aparmaqla  lazım olan fənlərin tətbiqi və s haqqında danışıb. Görüşdə ölkələr arasında elmi, mədəni əlaqələri daha da möhkəmlətmək, yeni yaradıcı mühitin yaradılması, müəllim və tələbələrin fəaliyyətlərinin daha da genişlənməsi, inkişaf etməsi məqsədi ilə  hər iki təhsil ocağı arasında  əməkdaşlıq müqaviləsi imzalanıb. 

Universitetin əməkdaşları -Beynəlxalq işlər üzrə prorektor professor Gülşən Əliyeva, Musiqi sənəti fakültəsinin dekanı professor Ceyran Mahmudova, Estrada kafedrasının müdiri Məryəm Babayeva, İnstrumental ifaçılıq kafedrasının müdiri dosent Səbinə Mehdiyeva  və b. yanaşı   Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı Laçın Həsənova, Musiqi və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zemfira Abdullayevanın da  qatıldığı  görüşdə təhsil ocaqlarında musiqi müəllimliyi ixtisası, orada tədris olunan fənlər, qəbul zamanı tələb olunan bilik və bacarıqlar haqqında geniş şəkildə   fikir mübadiləsi   aparılıb. Artıq elmi cəhətdən təsdiq edilmişdi ki, uşaqlıqda musiqi ilə məşğul olan insanlar daha aktiv, inkişaf etmiş, uzaqgörən olur və  gələcəkdə  hər bir sahədə uğur qazanır. Bu səbəbdən orta ümumtəhsil  məktəblərində musiqi müəlliminin üzərinə böyük iş düşür. Qeyd olunub ki, məktəblərdə musiqi dərsində nəzəriyə deyil, təcrübi dərslərə, yəni danışıqdan çox musiqiyə əsas yer verilməlidir. Bu səbəbdən Ali təhsil ocaqlarında musiqi müəllimlərinə bu bilik və bacarıqları aşılamaq üçün düzgün   fənlər tədris olunmalıdır.

Görüşdə  Fərəh Əliyeva  hər iki təhsil ocağının birlikdə elmi-praktiki  konfrans keçirməsini təklif edərək, konfransda yalnız  yeni fikirli, yeni təkliflərlə iştirak edən maraqlı çıxışların yer alacağını qeyd edib.

Görüşün sonunda  qonaqlar universitetə Qazaxıstandan gətirdikləri hədiyyələri təqdim ediblər.  

Qeyd edək ki, qazaxıstanlı mütəxəssislərin səfəri oktyabr ayının 14-nə kimi davam edəcək.

 





12.10.2017    çap et  çap et