525.Az

Tramp bu gün İranla bağlı strategiyasını elan edəcək


 

Tramp bu gün İranla bağlı strategiyasını elan edəcək<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də Vaşinqtonun İranla bağlı strategiyasına dair nitq söyləyəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib. 
 
Trampın İranla bağlanmış nüvə sazişinə dair qərarını elan edəcəyi gözlənilir.  
 
“Prezident cümə günü saat 12.45-də (Bakı vaxtı ilə 20.45-də) strategiya ilə bağlı nitq söyləyəcək. 
 
Sanders məsələ ilə bağlı təfərrüatların sonra elan ediləcəyini bildirib.
 





13.10.2017    çap et  çap et