525.Az

ABŞ Türkiyənin Rusiyadan “S-400” almasını problem adlandırdı


 

ABŞ Türkiyənin Rusiyadan “S-400” almasını problem adlandırdı<b style="color:red"></b> Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib.  
 
“Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır”, - deyə Key Beyli Xatçison “Washington Post” nəşrinə müsahibəsində bildirib. 
 
Bununla belə K.Xatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
 
“ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu bizim marağımızda deyil. Bu heç Türkiyənin özünün də marağında deyil”, - deyə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi qeyd edib.
 





13.10.2017    çap et  çap et